Qaz limiti ilə bağlı yeni rəqəmlər açıqlandı


Digərləri 30 Nis 2025 22:30:00 69 0

Qaz limiti ilə bağlı yeni rəqəmlər açıqlandı

Azərbaycanda əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satışı üçpilləli tarif sistemi ilə həyata keçirilir. Yəni qazdan istifadəyə görə limit tətbiq edilir, qoyulan həddi aşdıqda qazdan istifadəyə görə ödənişin miqdarı dəyişir.

Tarif Şurasının qərarına əsasən, bu ilin yanvarından etibarən əhali qrupu üçün təbii qazın illik istehlak həcmi 1200 kubmetrədək olan hissəsi üçün bir kubmetrə görə 12,5 qəpik, 1200-2500 kubmetrə görə 22 qəpik, 2500 kubmetrdən çox olduqda isə hər kubmetrə görə 30 qəpik ödənilir.

Qərarı şərh edən iqtisadçılar qısa müddət ərzində həmin limiti aşmağın mümkün olduğunu bildiriblər.

Qış aylarında mənzillərini təbii qazla isidənlər aşağı qaz limitini keçdikləri üçün istifadə etdikləri təbii qazın pulunu digər tariflərlə, yəni hər kubmetrə görə 12,5 yox, 22 və ya 30 qəpik ödəyirlər.

Bildiyimiz kimi, aprel ayında hava əsasən qeyri-sabit keçib. Hətta aprelin 15-də ölkənin bir neçə şəhərində istilik mövsümü bitməli olduğu halda "Azəristiliktəchizat" ASC bu müddəti hava şəraiti ilə əlaqədar bir neçə gün uzatdı.