Moskva metrosunda uşaq doğuldu


Digərləri 01 May 2025 00:26:00 84 0

Moskva metrosunda uşaq doğuldu

Rusiyanın paytaxtı Moskvada metroda uşaq dünyaya gəlib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Diqqət, Moskva" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, hadisə metronun "Çistye prudı" stansiyasında baş verib.

Şahidlərin sözlərinə görə, qadını metrodan xərəkdə çıxarıblar.

Hadisə yerindən çəkilmiş kadrlarda tibb işçilərindən birinin qucağında körpə ilə yeridiyi görünür. Son.az