Enerji içkilərinin uşaqlar üçün qorxulu FƏSADLARI


Digərləri 01 May 2025 07:07:00 74 0

Enerji içkilərinin uşaqlar üçün qorxulu FƏSADLARI

Hazırda gənclərin sevərək içdiyi enerji içkiləri sağlamlıq üçün ciddi problemlər yaradır. Nəzərə almaq lazımdır ki, enerji içkilərinin satışı qanunvericiliklə 18 yaşından aşağı şəxslərə tövsiyə olunmur. Bunun da səbəbi həmin içkilərin inkişafda olan orqanizmə zərər vura bilməsi ehtimallarıdır.

Bu fikirləri Modern.az saytına açıqlamasında, Qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib.

O qeyd edib ki, bu gün məktəb və universitet kənarlarında enerji içkilərinin azyaşlılara satıldığını görə bilərik.

"Nəticədə görürük ki, bu içkilərin satışında müştərinin yaşı nəzərə alınmır. Məhsulların zərərləri tərkibindəki maddələrlə bağlıdır. Yüksək miqdarda kofein, şəkər və digər kimyəvi maddələrin olması insan orqanizmi üçün zərərlidir. Bəzən bu maddələri vitamin adı altında məhsul üzərinə yazırlar. Sintetik maddələrdən ibarət olduqları üçün insan orqanizmi zərərli hesab olunur".

Mütəxəssis deyib ki, bu içkiləri daimi qəbul etmək ürək-damar xəstəlikləri, şəkərli diabet riskini artırır.