Türkiyənin bu bölgəsində karantin elan olundu Girişçıxış bağlandı


Digərləri 01 May 2025 15:48:00 89 0

Türkiyənin bu bölgəsində karantin elan olundu   Girişçıxış bağlandı

Balıkəsirin Gönen mahalına bağlı Ulukır məhəlləsində iribuynuzlu heyvanlarda daban (dabaq) xəstəliyi aşkar edilib. Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə 15 məhəllə karantinə alınıb.

Son.az xəbər verir ki, Gönen İlçe Kənd Təsərrüfatı və Meşə Müdirliyi tərəfindən aparılan yoxlamalar nəticəsində xəstəliyin təsbit olunmasından sonra dərhal tədbirlər görülüb. Karantin tətbiq edilən ərazilər bunlardır: Ulukır, Ayvalidere, Gebeçınar, Kınalar, Çifteçeşmeler, Dışbudak, Gelgeç, Turplu, Sarıköy, Dereköy, Gündoğan, Alaattin, Bostancı, Paşaçiftlik, Körpeağaç və Havutça məhəllələri.

Qərara əsasən, bu bölgələrə heyvanların giriş-çıxışı tamamilə qadağan edilib. Bütün heyvan hərəkətləri dayandırılıb və vəziyyət nəzarət altına alınıb.

Səlahiyyətlilər xəstəliyin yayılmaması üçün yerli sakinlərdən karantin tədbirlərinə ciddi şəkildə riayət etmələrini istəyiblər.

Eyni zamanda, karantin qaydalarına əməl etməyən şəxslərə qarşı inzibati cəza tədbirləri görüləcəyi açıqlanıb.

Fidan Son.az


Habere ait fotoğraflar