Elman Rüstəmov bu qədər maaş
Digərləri 01 May 2025 19:01:00 71 0
Prezident İlham Əliyevin fərmanı ilə Milli Məclis sədrinin müşaviri, sədrin köməkçisi, Baş nazirin köməkçisi və müşavirinin maaşları təsdiqlənib.
Bu haberi de oku: İmamoğlu ailəsi həbsxanada bir araya gəldi
Son.az xəbər verir ki, fərmana əsasən, Baş nazirin müşaviri Elman Rüstəmov 2425 manat maaş alacaq.
Qeyd edək ki, Elman Rüstəmov 1952-ci ildə Cəbrayıl rayonunda anadan olub. O, 1992-ci ilin dekabrında Milli Bankın İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə, 1995-ci ilin yanvarında İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Elman Rüstəmov 28 aprel 2000-ci il tarixində, 11 aprel 2005-ci il tarixində, 6 aprel 2010-cu il tarixində, 9 aprel 2015-ci il tarixində və 16 aprel 2020-ci ildə yenidən 5 il müddətinə Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə və sədri vəzifəsinə təyin olunub.
O, 11 aprel 2022-ci ildə Mərkəzi Bankın İdarə Heyəti üzvlüyündən xaric edilib. Baş nazir Əli Əsədovun 13 aprel 2022-ci il tarixli sərəncamı ilə Elman Rüstəmov baş nazirin müşaviri vəzifəsinə təyin olunub.
Ailəlidir. 3 övladı var. (Modern.az) Son.az