Bu tələbələr universitetdən KƏNARLAŞDIRILACAQ
Digərləri 01 May 2025 18:00:00 88 0
Universitetlərdə qaydalar təhsil haqqında qanuna əsasən tənzimlənir.
Bu haberi de oku: Bakıda taksi sürücüsündən xanım turistə "dostluq" təklifi VİDEO
Bəs hansı hallarda tələbələr universitetlərdən uzaqlaşdırıla bilər?
Mövzu ilə bağlı Son.az-a təhsil mütəxəssisi Səbuhi Kamal açıqlama verib:
"Tələbələrin universitetlərdən uzaqlaşdırılma halları tez tez olmur. Bununla bağlı xüsusi sənəd var. Bu sənəddə tələbələrin universitetlərdən hansı hallarda uzaqlaşdırılması qeyd olunub. Birinci mərhələlərdən biri budur ki, tələbə öz istəyi ilə universitetdən xaric edilə bilər. İkinci nüans isə tələbə digər bir universitetə trasnfer olan zaman baş verə bilər. Ən vacibi tələbə universitet daxili nizam-intizam qaydalarını pozduğu şəkildə universitetdən xaric edilə bilər.
Xarici tələbələrə gəldikdə isə onlarda vəziyyət bir az fərqlidir. Onların ölkədə yaşama müddəti bitdikdə bu halda universitetdən kənarlaşdırıla bilərlər".