Dəsmallardakı bu izlər nə işə yarayır?
Digərləri 01 May 2025 22:55:00 72 0
İnternetdə son dövrlərdə ən çox müzakirə edilən mövzulardan biri də dəsmallarda rast gəlinən xətlərdir. Xüsusilə, sosial şəbəkələrdə istifadəçilər bu xətlərin nə məqsəd daşıdığını soruşmağa başlayıb.
Bu haberi de oku: “20 Yanvar” dairəsində özünü maşınların qarşısına atan şəxs saxlanıldı
Son.az bildirir ki, xətlərin "armür sahəsi" adlandığı bildirilib və bu sahələr dəsmalın su saxlama qabiliyyətindən tutmuş, onun aşınmasını qarşısını almağa qədər bir çox funksiyaya xidmət edir. Mütəxəssislər bu xüsusiyyətin dəsmalların gücləndirilməsinə kömək etdiyini qeyd edirlər.
"Towel Hub" adlı saytın verdiyi açıqlamaya görə bu toxuma xətti dəsmalın yumşaq və yüngül olmasını təmin edərək, bədən və səthləri daha effektiv qurulamağa imkan verir. Eyni zamanda, dəsmalların hər iki ucunda yerləşən xətlər, həm də estetik məqsədlərə xidmət edir və dəsmalların daha uzun ömürlü olmasını təmin edir.