Xərçəng, diabet, infarkta səbəb olan maddə tapıldı Hər evdə var


Digərləri 02 May 2025 05:05:00 59 0

Xərçəng, diabet, infarkta səbəb olan maddə tapıldı  Hər evdə var

Yeni elmi araşdırma plastik məhsullarda geniş şəkildə istifadə olunan ftalatların ürək xəstəliklərindən ölüm riskini artırdığını ortaya qoyub.

Son.az xəbər verir ki, araşdırmaya görə, xüsusilə 55-64 yaş qrupundakı ürək xəstəliklərindən ölənlərin 13 faizinin səbəbi bu kimyəvi maddələrlə əlaqələndirilir.

Losyonlar, şampunlar, qida qablaşdırmaları və digər gündəlik məhsullarda rast gəlinən ftalatlar insan orqanizmində hormonal pozuntulara səbəb olan "endokrin pozucular" kimi tanınır. Mütəxəssislər bu maddələrin piylənmə, hipertoniya və nəticə olaraq infarkt, insult və ölüm riskini artırdığını bildirirlər.

Ftalatlar nədir və harada tətbiq olunur?

Ftalatlar əsasən plastik məhsulları daha elastik və dayanıqlı etmək üçün istifadə olunur. Bu maddələr PVC materiallarda, döşəmə və divar örtüklərində, oyuncaqlarda, kosmetik vasitələrdə və elektrik kabellərində geniş yer tutur. Uşaqlarda bu maddələrə məruz qalma erkən yetkinlik, sonsuzluq və xərçəng kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Qadınlarda süd vəzi xərçəngi, erkən menopoz və menstruasiya pozuntuları, kişilərdə isə sperma keyfiyyətinin və sayının azalması ilə əlaqələndirilir. Hamiləlik dövründə ftalatlara məruz qalma isə doğulacaq uşaqlarda IQ səviyyəsinin aşağı düşməsi ilə nəticələnə bilər.

Tədqiqatçılar ftalatların istifadəsinə daha ciddi nəzarət və istehsal prosesində şəffaflıq tələb edirlər. Qeyd edək ki, ftalat istifadəsinə dair bəzi qadağalar olsa da, bu maddə hələ də qlobal miqyasda geniş yayılmış olaraq qalır.

Fidan Son.az