Məktəbdə çəkilən bu VİDEO qalmaqala səbəb oldu
Digərləri 02 May 2025 15:50:00 99 0
İzmirdə lisey şagirdlərinin videosu sosial mediada birmənalı qarşılanmayıb.
Bu haberi de oku: Bu görüntülər Bakıda çəkilib Hər kəs bu sürücüdən danışır
Son.az xəbər verir ki, İzmirdə yerləşən orta məktəbdə yuxarı sinif şagirdlərinin məzuniyyət xatirəsi üçün çəkdikləri "Xaç atası" mövzulu video sosial mediada geniş müzakirələrə səbəb olub.
Sosial şəbəkələrdə yayılan görüntülərdə qız şagirdlərin ağır makiyajda və məktəbə uyğun olmayan geyimdə olması diqqət çəkib. Video filmlərə bənzər vizual estetikası ilə seçilsə də, izləyicilər arasında fikir ayrılığı yaranıb.
Bəzi istifadəçilər "İzmir müasirdir, bu video çağdaş təhsil düşüncəsinin məhsuludur" fikrini səsləndirərək tələbələri müdafiə edib. Digər bir qisim isə lisey şagirdlərinin yaşlarına uyğun olmayan vizual tərzlərini və rollarını narahatedici hesab edib.