Çin yerin fırlanmasını yavaşlatdı, Yer öz oxu ətrafından çıxdı
Digərləri 02 May 2025 14:59:00 74 0
Çində inşa edilən nəhəng "Üç Dərə" (Three Gorges) su bəndinin Yer kürəsinin fırlanmasına təsir etdiyi ortaya çıxıb.
Bu haberi de oku: Leysan, dolu, sulu qar Sabahın HAVASI
Son.az xəbər verir ki, NASA-nın Qoddard Kosmik Uçuşlar Mərkəzinin geofiziki Benjamın Fong Çaonun sözlərinə görə, bu nəhəng mühəndis qurğusu Yer kürəsinin fırlanma sürətinə çox cüzi də olsa təsir edib.
Mütəxəssis bildirib ki, bənddə toplanan suyun böyük həcmi Yerin kütlə paylanmasında dəyişiklik yaradıb. Bu dəyişiklik nəticəsində planetin fırlanma momenti artaraq, bir günün müddətini 0,06 mikrosaniyə uzadıb. Bundan əlavə, Yerin fırlanma oxu təxminən 2 santimetr yerini dəyişib.
"Planetin daxilində və səthində kütlə paylanmasını hər dəfə dəyişdirdikdə, Yerin fırlanmasında da kiçik dəyişikliklər baş verir. Təsiri çox zəif olsa da, bu dəyişikliklər müasir texnologiyalarla dəqiq şəkildə ölçülə bilir", - deyə Çao vurğulayıb.
Qeyd edək ki, "Üç Uçurum" bəndi Çinin Hubey əyalətində, Yantszı çayı üzərində yerləşir. 2012-ci ildə istismara verilən bəndin uzunluğu 2,3 kilometr, hündürlüyü isə 185 metrdir. O, təxminən 40 kub kilometr su saxlamaq gücünə malikdir və 22 500 meqavatlıq gücü ilə dünyanın ən böyük su elektrik stansiyası sayılır. Bu güc təxminən 15 nüvə reaktorunun hasil etdiyi enerjiyə bərabərdir.
Bu bənd, yalnız enerji sahəsində deyil, həm də Yerin geofiziki göstəricilərinə təsiri ilə diqqət mərkəzinə düşüb.
Kənan Son.az