“20 Yanvar” dairəsində özünü maşınların qarşısına atan şəxs saxlanıldı
Digərləri 01 May 2025 17:05:00 62 0
Paytaxtın Yasamal rayonu ərazisində - "20 Yanvar" dairəsində nəqliyyat vasitələrinin hərəkət yoluna çıxaraq təhlükə yaradan şəxs müəyyən olunub.
Bu haberi de oku: “X”dən daha bir yenilik
Son.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Məlumata görə, rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1988-ci il təvəllüdlü Quliyev Ruslan Eldar oğlu saxlanılıb. Əvvəllər oğurluq, soyğunçuluq və dələduzluq maddələri ilə məhkum olunan şəxsin narkoloji vəziyyəti nəzərə alınaraq barəsində məsuliyyət tədbiri görülür.
Kaynak: milli.az