Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?
Digərləri 30 Nis 2025 21:36:00 52 0
2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha səmərəli nəqliyyat vasitələrinin payında əhəmiyyətli artım müşahidə edilib.
Bu haberi de oku: Azərbaycanda körpə uşağı molla duası ilə sağaltmağa çalışdılar
Son.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Dayanıqlı maliyyə hesabatı"nda bildirilib.
Məlumata görə, ötən il elektrik və hibrid avtomobil kreditinin ümumi avtomobil portfelində payı kreditlərin sayı üzrə illik müqayisədə 33 faiz bəndi artaraq 48 %-ə, kreditlərin məbləği üzrə isə 27 faiz bəndi artaraq 65 %-ə çatıb.
Kaynak: milli.az