Azərbaycanda körpə uşağı molla duası ilə sağaltmağa çalışdılar
Digərləri 30 Nis 2025 20:41:00 202 0
Azərbaycanda uşağın dəmrov xəstəliyini sağalatmaq üçün mollaya dua yazdırıblar.
Bu haberi de oku: Qurban bayramının namaz vaxtı açıqlanıb – RƏSMİ
Son.az xəbər verir ki, bununla bağlı görüntüləri həkim-pediatr Afət İbrahimli sosial şəbəkə hesabında paylaşıb.
Dua uşağın ayağında dəmrov olan hissəyə çəkilib.
"İllərdir Azərbaycanda kütləvi cahillik xəstəliyinə yoluxdurulma prosessi gedir və biz bu gün bunun fəsadlarını öz üzərimizdə hiss edirik. İstər-istəməz bizdən sonra gələn yeni nəsilə də bu virusu yoluxdururuq. Cəmiyyətimizdə hər birimiz daxilimizdəki cahillik xəstəliyi ilə mübarizə aparmalıyıq. Unutmayın, cahilliklə mübarizə etirafımızla başlayacaq" - həkim videoya şərh verib.