Rusiyada zavodda güclü partlayış


Digərləri 02 Haz 2025 16:51:00 130 0

Rusiyada zavodda güclü partlayış

Rusiyanın Sankt-Peterburq şəhərində "Piqment" boya zavodunda güclü yanğın başlayıb.

Son.az xəbər verir ki, yanğın nəticəsində 5 avtomobil tamamilə yanıb, alov metal anbarı bürüyüb.

"Lenoblpozhspas" Dövlət Müəssisəsinin verdiyi məlumata görə, yanğın zamanı yaxınlıqdakı iki digər anbar üçün də təhlükə yaranıb. Hadisə yerinə gələn xilasedicilər yanğının ikinci dərəcəli təhlükə səviyyəsində olduğunu bildiriblər.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hazırda təxminən 800 kvadratmetr sahə yanır. Alovun söndürülməsi üçün 40 xilasedici və 10 yanğınsöndürən texnika cəlb olunub.