Azərbaycanda DƏHŞƏT: bir evdən 4 meyit tapıldı
Digərləri 04 Haz 2025 08:51:00 102 0
Sabirabad rayonunun Muğan Gəncəli kənd sakini, 1956-cı il təvəllüdlü İmanova Bahar Niyaz qızına məxsus, ümumi sahəsi 240 kv. metr olan fərdi yaşayış evi yanıb.
Bu haberi de oku: Azərbaycanın enerji üfüqləri: inamlı genişlənmə və maraqların balansı
Bu gecə fərdi yaşayış evində baş verən yanğın zamanı həlak olan şəxslərin kimliyi məlum olub.
Son.az-ın əldə etdiyi məlumata görə, onlar bir ailənin üzvləridir - 1989-cu il təvəllüdlü Tural Ağasəf oğlu İmanov, 2002-ci il təvəllüdlü Səfalı Rövşən qızı İmanova, 2020-ci il təvəllüdlü Osmanbəy Tural oğlu İmanov və 2024-cü il təvəllüdlü Esma Tural qızı İmanovadır.
Yanğın hadisəsi gecə saatlarında baş verib. T.İmanov fərdi təsərrüfatla məşğul olub.
Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.