Azərbaycanlı deputatın mandatı əlindən alındı Açıqlaması gündəm olmuşdu
Digərləri 04 Haz 2025 10:55:00 89 0
Xalid Tağı-zadə mübahisəli bəyanatından sonra vəzifəsini itirib
Bu haberi de oku: Közərmə lampalarını satanları hansı cərimə gözləyir?
Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi (Yuqra) Dumasının Sosial İnkişaf Komitəsi sədrinin müavini Xalid Tağı-zadə bölgənin "özbəklərin tarixi vətəni" olduğunu bildirdikdən sonra vəzifəsindən azad edilib.
Son.az yerli mediaya istinadla xəbər verir ki, iyunun 3-də Dairə Dumasının keçirilən növbədənkənar sessiyasında Tağı-zadə deputat statusundan məhrum olunub. Sessiya zamanı ona ictimaiyyət qarşısında üzr istəməsi tövsiyə olunub. Bununla yanaşı, Etika Komissiyası prokurorluğa müraciət edərək onun səsləndirdiyi fikirlərin Rusiya qanunvericiliyinə zidd olub-olmadığının araşdırılmasını istəyib.
Dumanın sədri Boris Xoxryakov bildirib ki, bəzi deputatlar Tağı-zadənin mandatdan məhrum edilməsini tələb etsələr də, buna hüquqi əsasların olmadığını qeyd edib. Yerli KİV-in məlumatına görə, yaranmış narazılıq fonunda Tağı-zadənin Azərbaycana qayıtmaq ehtimalı müzakirə olunur.
Qeyd edək ki, daha əvvəl Rusiya Liberal Demokrat Partiyasından olan Dövlət Duması deputatı Vladimir Sısoyev baş prokuror İqor Krasnovdan məsələ ilə bağlı araşdırma aparılmasını, çıxışın etnik qarşıdurma və ərazi bütövlüyünə təhlükə yarada biləcəyini vurğulayaraq yoxlama tələb etmişdi.