3 oğlana bu əməllərinə görə "yubka" geyindirib VİDEOya çəkdilər
Digərləri 04 Haz 2025 11:15:00 84 0
İstanbulun Arnavutköy səmtində bir qrup gənc quş oğrularını yaxalayaraq onları qadın geyimləri geyməyə məcbur edib və bu anları mobil telefonla videoya çəkiblər.
Bu haberi de oku: Bu gün qısaldılmış iş günüdür
Son.az haberler-ə istinadla xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib.
İddiaya görə tanışlarının quşlarını oğurlayan iki nəfəri tapan gənclər onlara qadın ətəyi geyindirərək alçaldıcı şəkildə video çəkib. Görüntülərdə bir nəfərin əlində kəsici alətlə divanda oturduğu, digərlərinə isə zorla müəyyən ifadələri təkrar etdirdiyi müşahidə olunur.
Videonu paylaşan gənclərin bu davranışı sosial şəbəkələrdə kəskin tənqidə səbəb olub.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırmalara başladığı bildirilib.
İsmayıl Son.az