Keçmiş prokurorun bloqer xanımının hovuzdan meyiti tapıldı FOTO


Digərləri 04 Haz 2025 10:17:00 103 0

Keçmiş prokurorun bloqer xanımının hovuzdan meyiti tapıldı  FOTO

"Karnaval kraliçası" kimi tanınan fitnes influenseri otelin hovuzunda ölü tapılıb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, Meksikalı idmançı-influenser Luz Marí­a Barrera Agatón ailəsi və dostları ilə birlikdə qaldığı otelin hovuzunda ölüb.

Hadisə Meksikanın Motul şəhərində, Kankunun qərbində yerləşən "Coco Resort & Villas" otelində baş verib. 36 yaşlı Agatón gecəni yaxınları ilə hovuz kənarında keçirib, gecə saat 12 radələrində isə hamı otaqlarına çəkilib və o, orada tək qalıb. Səhər saatlarında geri qayıtmadığı üçün narahat olan ailə üzvləri axtarışa çıxıb və qadının meyitini hovuzun dibində tapıblar.

Agatón dərhal sudan çıxarılıb və hadisə yerinə gələn təcili yardım briqadası müdaxilə etsə də, onun artıq öldüyü müəyyən olunub. Polis istintaqı aparır və hadisənin qəsdən törədilmə ehtimalını istisna etmir.

Yerli mediaya görə, bu hadisə, Agatónun Merida şəhərində yerləşən idman zalının qarşısında ona qarşı təhdid mesajı yazılmış bannerin asılmasından iki həftə sonra baş verib. Bildirilir ki, Agatón həmin banneri özü çıxarıb və hüquq-mühafizə orqanlarına məlumat vermədən məhv edib.