Türkiyədə məktəbdə kütləvi zəhərlənmə
Digərləri 30 Nis 2025 20:21:00 81 0
Türkiyənin Diyarbəkir şəhərinin Kayapınar rayonundakı Güleçoba Aşıkan məktəbi və onun şagirdləri dəhşətli bir hadisə ilə üzləşib. Məktəbdə yeməkdən sonra 53 şagirddə qızdırma, halsızlıq və digər zəhərlənmə əlamətləri müşahidə edilib. Hadisənin ardından şagirdlər dərhal xəstəxanaya yerləşdirilib və onlara zəhərlənmə diaqnozu qoyulub.
Bu haberi de oku: Avtomobil hansı sürətdə ən az yanacaq sərf edir? "Qızıl orta"
Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda, 47 şagird artıq müalicə alaraq evə buraxılıb. Lakin, qalan şagirdlərin müalicəsi hələ də davam edir. Hadisə ilə bağlı yerli orqanlar tərəfindən araşdırma başlanılıb və zəhərlənmənin səbəbləri araşdırılır.
Kaynak: milli.az