İllərlə zərərlidir deyib yeməyə imkan verməyiblər Əslində çox faydalı imiş


Digərləri 30 Nis 2025 21:00:00 69 0

İllərlə zərərlidir deyib yeməyə imkan verməyiblər  Əslində çox faydalı imiş

"İstədiyiniz qədər kabab yeyə bilərsiniz, amma yanında çörək və ya düyü yeməyin"

Son.az xəbər verir ki, bunu Prof. Dr. Canan Karatay deyib.

Onun sözlərinə görə yağlardan qorxmağa ehtiyac yoxdur, çünki bədəni kökəldən və xəstəliklərə yol açan əsas amil karbohidratlardır.

"Yağ yemədiyiniz üçün şəkər yeyirsiniz və bu da bədəndə yağ formasında toplanır. İnsanlar bu səbəbdən kökəlir" - deyə Karatay vurğulayıb.

Professor əlavə edib ki, artıq 30-40 il əvvəlin kalori hesabı keçərsizdir və belə deyib: "Çörək, düyü, kartof, makaron, şirniyyatlar, qazlı içkilər bədənə daxil olanda şəkəri sürətlə artırır. Bunlar bədən üçün zəhərdir. Vücud bunu zərərsizləşdirmək üçün insülin ifraz edir. Sağlam yağlardan qorxmaq lazım deyil, əksinə yağ yeyərək artıq çəkidən qurtulmaq olar, çünki yağ aclıq yaratmır və bədəni uzun müddət enerji ilə təmin edir".