Bu meyvə şirəsində zərərli maddə tapıldı Marketlərdən yığışdırılır


Digərləri 29 Nis 2025 06:06:00 68 0

Bu meyvə şirəsində zərərli maddə tapıldı  Marketlərdən yığışdırılır

Məşhur meyvə suyu şirkəti məhsullarını geri çağırır.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, "S. Martinelli & Company" alma şirəsi məhsullarında toksin riski aşkar edildiyi üçün 7234 qutu məhsulunu geri çağırıb.

Kaliforniya ştatında istehsal edilən şüşə qablaşdırılmış alma şirəsində "patulin" adlı toksinin olması ehtimalı səbəbindən bu addım atılıb.

ABŞ Qida və Dərman İdarəsi (FDA) bu geri çağırmanı "II sinif geri çağırma" olaraq qiymətləndirib.

Məhsulların UPC kodu 0 41244 04102 2 və son istifadə tarixi 5 dekabr 2026-dır.