Aprel ayının son günü hava necə olacaq?
Digərləri 29 Nis 2025 12:50:00 64 0
Bakıda və Abşeron yarımadasında aprelin 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu haberi de oku: Əhaliyə qəti xəbərdarlıq Telefonla danışmayın
Milli Hidrometeorologiya Xidmətindən Son.az-a verilən məlumata görə, şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi normadan 769 mm civə sütunundan 763 mm civə sütuna enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz ayrı-ayrı yerlərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.