“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxsi yaradıldı
Digərləri 29 Nis 2025 18:58:00 67 0
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" publik hüquqi şəxs yaradılıb.
Bu haberi de oku: Rubl ucuzlaşdı, avro bahalaşdı dolların qiyməti isə... RƏSMİ
Son.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, sahibsiz Heyvanlara Qayğı Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi və strukturu təsdiq edilib.
Mərkəzin nizamnamə fondu 2.000.000 (iki milyon) manat təşkil edir və Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin balansında olan əsas vəsaitlər hesabına formalaşır.
Kaynak: milli.az