Türkiyədə turistləri daşıyan avtobus aşdı Yaralılar var


Digərləri 29 Nis 2025 16:16:00 75 0

Türkiyədə turistləri daşıyan avtobus aşdı  Yaralılar var

Türkiyənin Antalya şəhərində rusiyalı turistləri daşıyan avtobus aşıb. Hadisə anı yaxınlıqdakı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Son.az xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, avtobusda ümumilikdə 25 nəfər olub - 22 böyük və 3 uşaq. Qəza nəticəsində 17 nəfər xəsarət alıb və onlar Antalyada müxtəlif xəstəxanalara yerləşdiriliblər. 

Təhlükəsizlik kamerasının görüntülərində avtobusun yoldan çıxaraq xəndəyə düşdüyü və aşdığı görünür. İlkin ehtimala görə, sürücü idarəetməni itirib.