ƏrRiyadda AzərbaycanSəudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 6cı iclası keçirilib
Digərləri 29 Nis 2025 15:29:00 63 0
İclasda hər iki ölkənin iş adamları arasında gələcək əməkdaşlıq istiqamətlərinə, ortaq təşəbbüs və layihələrin reallaşdırılmasına dair fikir mübadiləsi aparılıb.
Bu haberi de oku: Bu meyvə şirəsində zərərli maddə tapıldı Marketlərdən yığışdırılır
Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə müştərək Komissiyanın Ər-Riyadda keçirilən 8-ci iclası çərçivəsində Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 6-cı iclası keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Səudiyyə Ərəbistanının Palatalar Federasiyasının təşkilatçılığı ilə keçirilmiş tədbirdə hər iki ölkədən rəsmi şəxslər və iş adamları, o cümlədən sənaye, kənd təsərrüfatı, inşaat, əczaçılıq, xidmət, memarlıq və dizayn, logistika, turizm, bərpa olunan enerji kimi sektorlarda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin və biznes assosiasiyaların 30-a yaxın nümayəndəsi iştirak edib.
İclasda Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifov və Səudiyyə Ərəbistanının investisiya naziri Xalid Alfaleh iki ölkə arasında iqtisadi-ticarət əlaqələri, investisiya qoyuluşu və ixrac imkanları barədə fikirlərini bölüşüblər.
İşgüzar Şuranın həmsədrləri - "Al Rajhi İnternational for İnvestment" şirkətinin baş icraçı direktoru Əhməd Əli Əl Daxil və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, eləcə də İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov işgüzar dairələr arasında ticarət və investisiya sahəsində əlaqələrin genişləndirilməsi perspektivləri, Azərbaycanda yerli və xarici iş adamlarına göstərilən dəstək və xidmətlər, İşgüzar Şuranın fəaliyyəti barədə məlumat veriblər.