Varikoz damarlar üçün az tanınan, amma effektiv vasitə


Digərləri 29 Nis 2025 14:52:00 87 0

Varikoz damarlar üçün az tanınan, amma effektiv vasitə

Varikoz damarlar bəzən zərərsiz görünsə də, uzunmüddətli narahatlıq və sağlamlıq problemlərinə səbəb ola bilər. Mütəxəssislər bu vəziyyətdən qurtulmaq üçün az tanınan, lakin faydalı bir üsulu açıqlayıblar.

Son.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Varikoz damarlar nədir?

Varikoz damarlar dərinin alt qatında yerləşən şişmiş və burulmuş damarlar olub, adətən ayaqlarda yaranır. Onların yaranma səbəbləri arasında yaş, hamiləlik, artıq çəki, uzun müddət oturaq vəziyyətdə qalmaq və fiziki hərəkətsizlik göstərilir.

Təbii və effektiv vasitə - sərv yağı

Varikoz damarlarla mübarizədə ən effektiv vasitələrdən biri kimi sərv (kiparis) yağı göstərilir. Mütəxəssislər bildirir ki, bu yağ şişkinliyi azaltmaq və qan dövranını yaxşılaşdırmaq xüsusiyyətlərinə görə çox faydalıdır.

Hazırlanması da sadədir:

5 damcı sərv yağı ilə 1 xörək qaşığı əsas (məsələn, zeytun və ya badam) yağı qarışdırılaraq masaj üçün istifadə olunur. Qarışıq aşağıdan yuxarıya - ayaqlardan ombaya doğru yumşaq masaj hərəkətləri ilə tətbiq edilməlidir. Bu, qan dövranını təbii istiqamətdə hərəkətə gətirərək damarların rahatlamasına kömək edir.

Sərv yağı həm də ayaqlarda yorğunluq və ağırlıq hissini azaldır, tonuslandırıcı və bərpaedici təsir göstərərək varikoz, qıcolma və ödem kimi problemlərin qarşısını ala bilər.