Dünən Pezeşkianın qızı da Bakıda imiş FOTO


Digərləri 29 Nis 2025 14:38:00 69 0

Dünən Pezeşkianın qızı da Bakıda imiş  FOTO

Ötən gün Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkianı Tehrandan gələn böyük nümayəndə heyəti müşayiət edib.

M.Pezeşkianı Bakı səfərində müşayiət edən nümayəndə heyətində onun qızı Zəhra Pezeşkian da olub.

İran liderinin həyat yoldaşının uzun illər öncə dünyasını dəyişməsi səbəbindən prezident seçkiləri zamanı da onu qızı Zəhra Pezeşkian müşayiət etmişdi. O, digər xarici səfərlərdə də atasının yanında olub.

Qeyd edək ki, Məsud Pezeşkianın 3 övladı var - oğlanları Mehdi və Yusif, qızı Zəhra.

Prezidentin qızı Zəhra Pezeşkian İrandakı Şərif Texnologiya Universitetində kimya üzrə ali təhsil alıb və magistr dərəcəsinə yiyələnib. O, əvvəllər "Jam Petrochemicals" şirkətində işləyib.

İran prezidentinin kürəkəni - Zəhra Pezeşkianın həyat yoldaşı Həsən Məcidi hazırda Prezident Administrasiyasının rəhbərinin icraçı köməkçisi vəzifəsində çalışır. O, ixtisasca maliyyə ekspertidir və əvvəllər özəl şirkətdə işləyib. (modern.az)