Sumqayıt Göz Xəstəxanasında növbə gözləyən yoxdu Baş həkim isə gözdən uzaq düşüb ŞİKAYƏT


Digərləri 29 Nis 2025 15:37:00 85 0

Sumqayıt Göz Xəstəxanasında növbə gözləyən yoxdu  Baş həkim isə gözdən uzaq düşüb  ŞİKAYƏT

Sumqayıt şəhər 2 saylı Göz Xəstəxanasından şikayət var.

Son.az xəbər verir ki, vətəndaş xəstəxanada növbə olmamasından şikayətlənir. Onun sözlərinə görə, xəstəxanada problemini bildirmək üçün nə baş həkimi, nə də məsul şəxslərdən heç kimi tapmaq mümkün deyil. Vətəndaşın sözlərinə görə, insanlar bir neçə dəfə növbəyə dursalar da, amma bu prinsipin pozulduğunu iddia edir. 

Məsələ ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirildi ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsində aparılan optimallaşdırma işləri səbəbindən müəyyən sıxlıq müşahidə olunsa da, bütün pasiyentlərin qəbulu elektron növbə sistemi vasitəsilə həyata keçirilir: 

"Vətəndaşlar tərəfindən ixtisaslı həkimlərə müraciət sayında artım qeydə alınır. Bunların əsasında da instrumental-laborator müayinələr artır. Bu da öz növbəsində növbə yaranmasına səbəb olur".