Pensiyaların verilmə tarixi ilə bağlı YENİ AÇIQLAMA 10 gün…


Digərləri 29 Nis 2025 14:55:00 87 0

Pensiyaların verilmə tarixi ilə bağlı YENİ AÇIQLAMA  10 gün…

Azərbaycanda bəzi vətəndaşlar pensiyaların verilmə tarixi ilə bağlı narazılıq edir. Bildirilir ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) sözügedən ödənişləri hər ayın əvvəlində verməli olsa da, gecikmələr müşahidə olunur. Pensiyanın maaşdan fərqli olaraq, əmək fəaliyyətinin nəticəsinə bağlı olmadığı xüsusilə vurğulanır.

Pensiya əslində nə zaman ödənilməlidir?

Son.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, dünyada pensiyanın vahid verilmə tarixi yoxdur:

"Bu, hər bir ölkənin qanunvericiliyinə uyğun tənzimlənir. Məsələn, ABŞ-da pensiya vətəndaşın doğum tarixinə görə verilir. Əgər şəxs ayın 10-na qədər dünyaya gəlibsə, ayın ikinci çərşənbə günü, 11-20 arası doğulubsa, üçüncü həftənin çərşənbə günü, doğum tarixi 21-31-i aralığındadırsa, dördüncü həftənin üçüncü günü pensiya alır. Almaniya və İspaniyada pensiya ay sonu, Fransada isə əvvəli verilir. Fərqli təcrübələr mövcuddur".