Mayın 1dən qüvvəyə minir


Digərləri 28 Nis 2025 12:22:06 66 0

Mayın 1dən qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2025-ci il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir və sentyabrın 1-dək davam edəcək.

Bunu Son.az-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev bildirib.

Xidmət rəisi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə çağırıb:

"Sənaye balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər bütün təbii su hövzələrindən balıq ovu alətlərinin kənarlaşdırılmasını may ayının 1-dək təmin etməlidir, əks halda ov alətlərinin su hövzələrində saxlanılması qanun pozuntusu hesab ediləcək və həmin şəxslər barəsində qanunamüvafiq qaydada intizam tədbirləri tətbiq olunacaq.