Türkiyədəki zəlzələlər sünidir, test edilir SENSASİON İDDİA
Digərləri 28 Nis 2025 13:40:00 72 0
Altın və valyuta bazarları üzrə türkiyəli mütəxəssis İslam Memiş bu dəfə iqtisadiyyat sahəsindən kənara çıxaraq Marmara dənizində son günlərdə ard-arda baş verən zəlzələlərlə bağlı mübahisə doğuracaq açıqlamalar verib.
Bu haberi de oku: Bu 6 tətbiq kartınızdakı pulları çəkir Dərhal silin!
Son.az xəbər verir ki, şəxsi "YouTube" kanalında danışan mütəxəssis bu zəlzələlərin təbii olmadığını, süni şəkildə yaradıldığını düşündüyünü bildirib.
O, "Bunu bəlkə sizə konspirasiya nəzəriyyəsi kimi görünə bilər, amma mən düşünürəm ki, Türkiyə zəlzələ mövzusunda test edilən ölkələrdən biridir və bu zəlzələlərin təbii olduğunu düşünmürəm," - deyə qeyd edib.
İslam Memiş açıqlamasında bildirib:
"Mən elmi və biliyi çox sevirəm, cahilliyə qarşı isə ciddi narahatlığım var. Həmişə elmdən və məntiqlə hərəkət etməkdən yana olmuşam. Lakin son illərdəki texnoloji inkişaflar, xüsusilə də kosmos sahəsində yaşanan hərəkətlilik və sosial mediada yayılan görüntülər məni düşünməyə vadar edir. Mənə görə bu zəlzələlər sadəcə təbii proseslərin nəticəsi deyil".
O, zəlzələlərin baş verdiyi gün şəhərlərdə nəqliyyatın dayanması və avtomobillərin bir anda sıradan çıxmasının da təsadüf olmadığını iddia edib.