Ziyəddin Əliyevin Avropadakı biznesi aşkarlandı: Görün, nələri var


Digərləri 28 Nis 2025 12:24:33 69 0

Ziyəddin Əliyevin Avropadakı biznesi aşkarlandı: Görün, nələri var

Qubanın keçmiş icra başçısı Ziyəddin Əliyev Avstriyanın paytaxtında ötən il "Belezza" adlı mebel mağazası açıb. "BELEZZA Design & Concept GmbH" 2023-cü ilin oktyabrında Vyanada FN 614844 h vergi nömrəsi ilə qeydiyyatdan keçib.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli paylaşım edib.

O, şirkətin 33 faizlik pay hüququnun Ziyəddin Əliyevin oğlu Nicat Əlibəylinin, digər 33 faizinin onun yaxın adamı Ramin Şükürlünün, qalan 34 faizinin isə türk əsilli Avstriya vətəndaşının adına rəsmiləşdirildiyini yazıb:

"Şirkətin nizamnamə kapitalı 35 000 avrodur və Gumpendorfer küçəsi 128-də fəaliyyət göstərir. Ötən ilin fevralın 3-də həmin ünvanda eyni adlı mebel mağazasının dəbdəbəli açılışı olub.