Bu şəxslərin maaşının məbləği təsdiqləndi


Digərləri 28 Nis 2025 13:27:00 74 0

Bu şəxslərin maaşının məbləği təsdiqləndi

Мüdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri təsdiq edilib.

Son.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Maliyyə Nazirliyinə tapşırılıb ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.