Mənzili təmirli, yoxsa təmirsiz almaq sərfəlidir?


Digərləri 28 Nis 2025 16:26:00 71 0

Mənzili təmirli, yoxsa təmirsiz almaq sərfəlidir?

Son illər Bakıda çoxmərtəbəli binalardakı mənzillərin, həyət evlərinin çoxu təmirli satılır. Lakin əvvəllər təmirli mənizllərin satışı, demək olar ki, yox səviyyəsində idi.

Bəs insanlar hansına daha çox üstünlük verir?

Son.az xəbər verir ki, mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, tikili binalarda satılan mənzillərin çoxu təmirsizdir.

"Yalnız bəzi tikinti şirkətləri təmirli mənzil təklif edir. Bu zaman vətəndaşın təmirlə bağlı nəyisə seçmək şansı olmur". 

Bəs alıcı istifadə olunan materialların keyfiyyətindən necə əmin ola bilər?

"Əgər vətəndaş təmirli mənzil alırsa, yaxşı olar ki təmirin keyfiyyəti ilə bağlı mütəxəssislərə müraciət etsin. Başqa bir hal isə mənzili satan şəxs materialların keyfiyyəti ilə bağlı şəxsə qarantiya verməlidir. Qiymətlərə nəzər salsaq, mənzillərin təmir olunması minimal olaraq bir kv metrinə görə 200 manatdan başlayaraq 800 manata qədər dəyişir".