Gülsüm Əliyevaya Aquafiling təlimini Rəna Sultanova keçib!
Digərləri 28 Nis 2025 15:25:00 79 0
Azərbaycanda estetik cərrahiyyə sahəsində yaşanan qalmaqallar cəmiyyətin diqqət mərkəzindən düşmək bilmir. Son illər bu sahədə çalışan bəzi şəxslərin tibbi səlahiyyətlərinin olmaması, lisenziyasız fəaliyyət göstərməsi və nəticədə insan sağlamlığını təhlükə altına atması ilə bağlı çoxsaylı faktlar üzə çıxıb. Bu hallarla bağlı rəsmi qurumlar dəfələrlə açıqlama versələr də, yeni hadisələr ard-arda baş verir və ictimai qınaq daha da güclənir.
Bu haberi de oku: Lökbatan yolunda qəza: Ölən var
Son.az qaynarinfo.az-a istinadən xəbər verir ki, son günlər medianın və sosial şəbəkələrin gündəmində "Gül Əliyeva" adı ilə tanınan Gülsüm Əliyeva var. O, rəsmi tibbi təhsilə malik olmadan estetik əməliyyatlar aparmaqda ittiham olunur. İddialara görə, Gülsüm Əliyevanın rəhbərlik etdiyi "VMR Estetik Klinika"da liposaksiya əməliyyatı olunan Gülbəniz Bayramova adlı qadın həyatını itirib. Bundan əlavə, paytaxt sakini Zarina Minkovskaya klinikada ayağına yeridilən maddədən sonra bədənində uzun müddət irin axını və çürümə ilə qarşılaşdığını bildirir. O, bu prosedurun illər öncə Gülsüm Əliyeva tərəfindən həyata keçirildiyini deyir.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) verilən rəsmi açıqlamaya əsasən, Gülsüm Əliyevanın adı həkim kimi qeydiyyatda yoxdur. AEM əməkdaşları 2024-cü ildə "VMR Estetik Klinika"da plandankənar yoxlama aparıb və nəticədə müəssisənin lisenziyasız fəaliyyət göstərdiyi müəyyən edilib. Bu səbəblə, İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən, klinikaya qarşı protokol tərtib olunub və məsələ müvafiq instansiyalara yönləndirilib.
Gülsüm Əliyeva ilə bağlı qalmaqallar bir başqa tanınmış və mübahisəli estetik prosedur icraçısı - Rəna Soltanovanı da yenidən diqqətə gətirib. Sosial mediada paylaşılan foto və məlumatlara əsasən, Gülsüm Əliyeva və Rəna Soltanova arasında yaxın münasibətlər olub. Rəna Soltanova sözügedən klinikada istifadə olunan və çoxsaylı sağlamlıq problemlərinə yol açdığı iddia edilən Auqafilling adlı preparatın təbliğatını aparan və təlimlərini keçirən əsas fiqurlardan biri olub.