Ağacları kəsən şirkət cəzalandırılıb


Digərləri 28 Nis 2025 14:02:00 68 0

Ağacları kəsən şirkət cəzalandırılıb

11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 26 aprel 2025-ci il tarixində keçirilən nəzarət tədbirləri zamanı Nərimanov rayonu, İzəddin Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində "Ailə park" MTK tərəfindən aparılan söküntü işləri zamanı 15 ağac və kol bitkisinin kəsildiyi və təbiətə 13380 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Bu barədə Son.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

İdarənin rəisi Qafar Ağayev bildirib ki, faktla bağlı akt tərtib olunub. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır: