Azərbaycanda ata oğlunu zəncirlədi: səbəb dəhşətə gətirir
Digərləri 28 Nis 2025 14:34:00 75 0
Azərbaycanda yaşanan ailə dramı diqqət çəkib.
Bu haberi de oku: İllərlə beyinlə bağlı öyrədilən bu məlumat səhv imiş
Son.az xəbər verir ki, ailəsinin yanından qaçan Ərşad adlı 16 yaşlı gənc oğlan üzünü Zaurun efirinə tutub.
Atası tərəfindən döyülərək şiddət gördüyünü iddia edən oğul hətta zəncirləndiyini belə deyib. Verilişin çəkiliş heyəti Ağcabədidə yaşayan ailənin qonağı olub.
Şikayətçinin valideynləri Şahbuz və Səbinə onlara ünvanlanan sualları cavablandırıblar.
Gəncin atası övladını iki dəfə zəncirlədiyini etiraf edib. Buna gətirdiyi səbəb isə onu evdə saxlaya bilməməsi olub. Ata və bala arasında yaşanan münasibət verilişin ekspertlərinin də gözlərini doldurub.
Daha ətraflı sözügedən mövzu barədə videomaterialı təqdim edirik:
Hüseyn Son.az