Bu şəxslər yüksək pensiya ala bilməyəcək – Çıxış yolu nədir?


Digərləri 28 Nis 2025 11:57:47 79 0

Bu şəxslər yüksək pensiya ala bilməyəcək – Çıxış yolu nədir?

Azərbaycanda bəzi vətəndaşlar rəsmi sahibkarlıq fəaliyyəti göstərməsələr də, VÖEN vasitəsilə çalışırlar. Bu isə onların hüquq və öhdəlikləri, xüsusilə də sosial sığorta haqları və gələcək pensiya təminatları ilə bağlı suallar doğurur.

VÖEN-lə çalışanların sosial ödənişləri, pensiya hüquqları necə tənzimlənir?

Son.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, Azərbaycanda sosial ödənişlərin müxtəlif növləri var:

"Bilirsiniz, VÖEN-lə çalışanların bir hissəsi sadələşmiş vergi ödəyiciləridir. Məsələn, taksi sürücüləri, bərbərlər, fərdi sahibkarlar və sair. Onlar minimum əməkhaqqının 6 faizi qədər Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödəniş edirlər. Bundan əlavə, onların icbari tibbi sığortası minimum əməkhaqqının 4 faizini təşkil edir. Pensiya hüquqlarının formalaşması isə ödənilən sosial sığorta haqlarından asılıdır. Hər ay ödənilən məbləğlər pensiya hesabına yığılır və onun əsasında formalaşır. Bu, istər VÖEN, istərsə də əmək müqaviləsi ilə çalışanlara aiddir. Digər şərtlərdən biri iş stajıdır. VÖEN-lə çalışanlar sosial təminatdan məhrum olurlar. Məsələn, onların məzuniyyəti, tibbi kompensasiyası və sair kimi haqları yoxdur".

İqtisadçının sözlərinə görə, yeni qaydalara əsasən, uzun müddət VÖEN-lə çalışan şəxslər mütləq əmək müqaviləsi bağlamalıdırlar ki, sosial təminat hüquqları yaransın: