Türkiyədə uçqun oldu: Ölənlər var Anbaan görüntülər


Digərləri 28 Nis 2025 10:44:00 53 0

Türkiyədə uçqun oldu: Ölənlər var   Anbaan görüntülər

Maşın yumağa getmişdilər, bir ailənin 3 üzvü öldü

Ötən gecə Türkiyədə uçqun olub.

Son.az xəbər verir ki, Samsunda baş verən faciəvi hadisə ilə bağlı anbaan görüntülər yayılıb. Hadisə nəticəsində 3 nəfər ölüb, bir nəfər yaralıdır.

Hadisə Canik rayonunun Toptepe mahalındakı yanacaqdoldurma məntəqəsində saat 23.20-də baş verib. Dağdan qoparaq düşən daşlar yanacaqdoldurma məntəqəsinin avtomobil yuma hissəsinə düşüb. Bu zaman orada olan avtomobil dağıntılar altında qalıb.

Əraziyə çox sayda axtarış-xilasetmə və təcili tibbi yardım ekipajları göndərilib. Ana Çiğdem Kaya, aparılan xilasetmə əməliyyatları nəticəsində yaralı olaraq xəstəxanaya aparılıb.

Hadisə nəticəsində ölənlər ata və iki övladıdır. Ana isə yaralı haldadır.

İslam Son.az