Türkiyə yenə silkələndi Əhali qorxu və təşviş içində
Digərləri 28 Nis 2025 09:45:00 62 0
Türkiyənin Kütahya vilayətinin Simav rayonunda 25 aprel tarixində baş verən 4,6 bal gücündə zəlzələnin ardından bölgədə yeni təkanlar qeydə alınıb.
Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecə saatlarında ardıcıl olaraq 3,4; 3,9 və 4,1 bal gücündə üç zəlzələ baş verib.
Gecə boyu 65 afterşok
Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun verdiyi məlumata görə, Simavda gecə saat 00:01-dən səhər 07:37-yə qədər, 0,9 ilə 4,1 bal arasında dəyişən gücdə ümumilikdə 65 afterşok qeydə alınıb. Sarsıntılar ətraf rayonlarda da hiss olunub.
Zəlzələlər səbəbilə sakinlər gecəni qorxu və təşviş içində keçiriblər. Hazırda bölgədə vəziyyət diqqətlə izlənilir.
Kənan Son.az
Kaynak: milli.az