Evin ən çirkli yerləri: heç ağlınıza da gəlməz
Digərləri 28 Nis 2025 05:05:00 76 0
Siz tualet və əl-üz yuyulanı mütəmadi təmizləyirsiniz, amma evinizdə ən çox çirklənən yer - işıq düyməsidir! Onun səthində ailə üzvlərinin əllərindən keçən bakteriyalarla yanaşı, qida hissəcikləri və toz da toplanır.
Bu haberi de oku: Türkiyədəki zəlzələlər sünidir, test edilir SENSASİON İDDİA
Son.az evin ən çirkli yerləri ilə bağlı məlumat verir:
İşıq düymələrini hər gün spirtli salfetlə və ya hidrogen peroksidlə isladılmış pambıq disklə silin. Texnika pultlarını da unutmayın - onlar da bakteriyaların əsas mənbəyidir.
Pultları açın, batareyaları çıxarın və düymələri diqqətlə spirtə batırılmış pambıq çubuqla silin.
Şkaf və qapı dəstəklərini də unutmayın - onları hər axşam sabunla yumaq lazımdır. Vannadakı rezin xalçaları da yoxlayın: onların altında tez-tez qara kif yaranır.