Bakıda leysan olacaq, şimşək çaxacaq
Digərləri 27 Nis 2025 17:24:00 97 0
Hava şəraitinin dəyişəcəyi ilə bağlı növbəti xəbərdarlıq edilib.
Bu haberi de oku: Mənzili təmirli, yoxsa təmirsiz almaq sərfəlidir?
Milli Hidrometeorologiya Xidmətindən Son.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 27-si axşam və 27-dən 28-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.
Kaynak: milli.az