100 üzərindən 99 bal aldı: Ən sağlam çay məlum oldu
Digərləri 07 Kas 2025 08:21:00 65 0
Dünyada sağlam həyat tərzi sürətlə yayılır və bir çoxları hansı çayın daha faydalı olduğu ilə maraqlanır. İngiltərədə qidalanma elmi sahəsində aparılan son araşdırma isə çay dünyasında böyük diqqət çəkib. Sınaqdan keçirilən 25 çay arasında yalnız biri 100 üzərindən 99 bal toplayaraq "ən sağlam çay" adını qazanıb.
Bu haberi de oku: 4500 abonent qazsız qalacaq
Son.az xəbər verir ki, bir çoxlarının düşündüyü kimi ən sağlam çay yaşıl çay yox, rooibos (roybos) çayıdır.
Qidalanma üzrə mütəxəssislər çayları antioksidant dəyəri, xərçəng və xəstəliklərlə mübarizə gücü, ürək və beyin sağlamlığına təsiri kimi göstəricilər üzrə qiymətləndiriblər.
Rooibos çayı:
Kafein daşımır Polifenol (antioksidant) baxımından çox zəngindir İmmuniteti gücləndirir Həzm sistemini tənzimləyir Dərinin yenilənməsinə kömək edirMütəxəssislər bildirirlər: "Hər gün bir fincan rooibos çayı içmək, bədənin detoks sistemini təbii şəkildə dəstəkləyir."
Rooibos çayının faydaları
• Ürək üçün faydalıdır: Qan təzyiqini tarazlayır və damar elastikliyini artırır. • Güclü antioksidantdır: Orqanizmi sərbəst radikallardan qoruyur. • Kafeinsiz enerjidir: Kahvə kimi oyandırır, amma əsəbi etmir. • Dəriyə yaxşı təsir edir: İltihab əleyhinə təsiri sayəsində dərinin yaşlanmasını ləngidir.
Üstəlik, dadı yumşaqdır və şəkərsiz də rahat içilir.
