Fəqan Məlikov BŞİHdəki vəzifəsindən azad oluna bilər
Digərləri 30 Eki 2025 14:34:00 71 0
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov müşavirə keçirib.
Bu haberi de oku: Samirə Kazımova baş həkim təyin olundu
Son.az-ın əldə etdiyi məlumata görə, müşavirədə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin işinə xüsusi diqqət yetirilib. Trestin rəhbərliyi daxili audit zamanı aşkar edilmiş nöqsanlara görə ciddi tənqid edilib.
Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəisi Fəqan Məlikovun vəzifəsindən azad olunması gündəmə gətirilib.
Müşavirədə bununla əlaqədar Bakı Şəhər Mənzil və Kommunal Təsərrüfatı Departamentinin rəhbərliyinə trestin rəhbərinin vəzifədə saxlanılmasının mümkünlüyünü nəzərdən keçirmək tapşırılıb.
