Tanınmış alim vəfat etdi FOTO
Digərləri 30 Eki 2025 13:36:00 91 0
Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.
Bu haberi de oku: Əncirə əlavə edib yeyin Qaraciyəri təmizləyir, orqanizmi yeniləyir
Son.az xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb.
Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Zərnətün kəndində anadan olub. O, orta təhsilini Biçənək kənd yeddiillik məktəbində və Çayşahbuz onbirillik məktəbində alıb, 1963-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Azərbaycan dili və ədəbiyyat ixtisasına qəbul olub, 1967-ci ildə təhsilini başa vurub.
