Qaranohur gölündə "tıxac" yarandı
Digərləri 27 Eki 2025 12:16:00 70 0
Şəhərin səs-küyündən uzaqlaşmaq istəmişdilər
Bu haberi de oku: “Yelo Bank” “MTN işi” üzrə zərərçəkənlərin yarım milyondan çox vəsaitini qaytarmır – QALMAQAL
Müxtəlif tur şirkətlərinin təşkil etdiyi səfərlər nəticəsində son günlər Qaranohur gölündə böyük insan sıxlığı müşahidə olunub.
Son.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə göl ətrafına istirahət üçün gələn insanların çoxluğu açıq şəkildə görünür.
Şəhərin səs-küyündən uzaqlaşıb təbiətin qoynunda dincəlmək istəyən bir çox vətəndaş göldə yaranan izdihamdan narazılıq edib. Onların sözlərinə görə, bu qədər sıxlıq həm istirahət şəraitini çətinləşdirir, həm də təbiətə zərər vurma riski yaradır.
Ekoloqlar da bildirirlər ki, belə hallarda təbiət ərazilərinə nəzarətin gücləndirilməsi və turist axınının tənzimlənməsi vacibdir.
