Kilometrajı geri çəkənləri hansı cəza gözləyir?
Digərləri 29 Tem 2025 15:45:00 77 0
Avtomobillərin kilometrajının (yürüşünün) süni şəkildə geri çəkilməsi bazarda geniş yayılan aldatma formalarından biridir. Bu fırıldaqla avtomobilin daha az istifadə olunduğu görüntüsü yaradılır, nəticədə qiyməti süni şəkildə qaldırılır. Bir çox ölkədə bu əməl ciddi hüquqi məsuliyyət daşıyır.
Bu haberi de oku: Neyroşəbəkələrin "zəhərlənməsi": Onlar birbirini "yoluxdurur" və insanlara cinayət tövsiyə edir
Son.az xəbər verir ki, sosial şəbəkədə paylaşım edən şəxs bildirib ki, Günəşli ərazisində yerləşən "Əlimyandı" kimi fəaliyyət göstərən salonlardan birindən aldığı "Hyundai Elantra" markalı maşınla bağlı problem yaşayır. Onun dediyinə görə avtomobilin yürüşüyü 40 min kilometr geri çəkilibmiş. Zərərçəkən şəxs çıxılmaz vəziyyətə düşüb, kilometrajı geri çəkən şəxsləri hüquqi yolla cəzalandırmağın yollarını axtarır.
Bəs kilometrajı geri çəkən şəxsləri hansı cəza gözləyir?
Almaniyada kilometrajın manipulyasiyası cinayət hesab olunur. Federal Cinayət Məcəlləsinin 22a bəndinə görə belə hallara görə fırıldaqçılar üç ilə qədər azadlıqdan məhrum edilə bilərlər. Bundan başqa, avtomobilin satışı zamanı yanlış məlumat verildiyi aşkarlanarsa, alıcı müqaviləni ləğv etmək və ödənilən məbləği geri almaq hüququna malikdir.
Maşınlar bu tarixdən bahalaşacaq "Güc-bəla ilə "Kurtlar Vadisi"ndən qurtuldum, çəkilmək istəmirəm" Xalq artistinin oğlu vəfat etdi - FOTOFransada məsələ inzibati və cinayət məsuliyyəti ilə tənzimlənir. Fırıldaq yolu ilə kilometrajın dəyişdirilməsi sübut olunarsa, 375 000 avroya qədər cərimə və ya beş ilə qədər həbs cəzası tətbiq oluna bilər.
ABŞ-də isə bu məsələ Federal Odometer Act (Kilometraj Qanunu) ilə tənzimlənir. Bu qanun kilometraj göstəricilərinin dəyişdirilməsini qadağan edir və pozan şəxslərə qarşı həm mülki, həm də cinayət cəzaları nəzərdə tutur. Cərimələr on minlərlə dollara çata, hətta beş ilədək həbs cəzası tətbiq oluna bilər.