Dəniz səviyyənin artmasına səbəb yalnız buzlaqlar deyil Alimlər yeni faktlar açıqladı


Digərləri 30 Tem 2025 03:03:00 116 0

Dəniz səviyyənin artmasına səbəb yalnız buzlaqlar deyil  Alimlər yeni faktlar açıqladı

Yer səthində quraqlıq o həddə çatıb ki, artıq dəniz səviyyəsinin artmasına buzlaqların əriməsindən daha çox təsir edir. 

Son.az xəbər verir ki, bu barədə BBC "Science Focus" jurnalında dərc olunan yeni tədqiqatın nəticələrinə istinadla məlumat yayıb.

Tədqiqatçılar müəyyən ediblər ki, torpaqlardan, göllərdən və yeraltı su qatlarından suyun itməsinin sürətlənməsi qlobal dəniz səviyyəsinin artmasına ciddi təsir göstərir. Bu quruma tendensiyası isə getdikcə sürətlənir və daha geniş əraziləri əhatə edir.

Dünyanın bir çox bölgələrində quraq ərazilərin sürətlə artdığı, bəzilərinin isə birləşərək nəhəng meqaquraqlıq zonaları yaratdığı qeyd olunur. Belə zonalardan biri artıq ABŞ-ın cənub-qərb sahillərindən Meksikaya qədər uzanır. Əvvəllər bir regionda quruma baş verdikdə digər bölgələrdəki rütubət bunun balansını təmin edirdi. İndi isə quraq zonalar rütubətli ərazilərdən daha sürətlə genişlənir və hər il Kaliforniya ştatının sahəsinin iki qatına bərabər torpaqlar quruyur.

Hazırda 101 ölkə şirin su ehtiyatlarını davamlı şəkildə itirir ki, bu da dünya əhalisinin 75%-ni - təxminən 6 milyard insanı - su qıtlığı ilə üz-üzə qoyur.

"Science Advances" jurnalında dərc olunan araşdırmada deyilir:

"Bir çox regionda yeraltı su qatlarının tükənməsi müşahidə olunur və bu ehtiyatların insan miqyasında bərpası mümkün deyil. Qlobal istiləşmə şəraitində yeraltı suların qorunması həyati əhəmiyyət daşıyır".