İnsanlar narahatdır: Dənizə girənlər bədəndə yanıq izləri ilə çıxır
Digərləri 29 Tem 2025 23:27:00 74 0
Antalya başda olmaqla Aralıq dənizi sahillərində dənizə girən vətəndaşlar dəridə yanma, qaşınma və qızartı şikayətləri ilə xəstəxanalara müraciət edir. Mütəxəssislərə görə, dəniz suyunun temperaturunun 31 dərəcəyə qədər yüksəlməsi zərərli mikroorqanizmlərin artmasına və dəriyə zərər verməsinə səbəb olur. Xüsusilə şamandıra iplərinə toxunanlarda bu şikayətlər daha çox müşahidə olunub.
Bu haberi de oku: Sabah 9 kənddə qaz olmayacaq
Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssislər bu narahatlıqların artan hava temperaturu səbəbindən dəniz suyunda mikroorqanizmlərin çoxalması ilə əlaqəli olduğunu bildirirlər.
Antalya başda olmaqla Aralıq dənizi sahillərində istilik təhlükəli həddə çatıb. Şəhərdə hava istiliyi 45 dərəcəyə yüksəlib, dəniz suyu isə 31 dərəcəyə çatıb. Bu qeyri-adi vəziyyət dəniz ekosistemini pozaraq zərərli mikroorqanizmlərin sürətlə çoxalmasına səbəb olub.
Ekol TV-nin müxbiri Hafizə Korkmazın verdiyi məlumata görə, xüsusilə uşaqlar və həssas dəriyə sahib olan şəxslərdə şikayətlər daha çoxdur. Bir vətəndaş yaşadığı narahatlığı belə təsvir edib: