Astarada 55 yaşlı qadın öldürüldü 21 yaşlı gəlini tutuldu
Digərləri 30 Tem 2025 09:44:00 76 0
Astara rayonunda qadın qətlə yetirilib.
Bu haberi de oku: Nazirlikdən üzərliklə bağlı XƏBƏRDARLIQ
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, rayonun 55 yaşlı Kakalos kənd sakini Xalidə Paşa qızı Manafova kəsilmiş-deşilmiş xəsarətlərlə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
X.Manafovanı bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən gəlini 2004-cü il təvəllüdlü Rufanə İmanova saxlanılıb.
Hadisənin hansı səbəbdən və hansı şəraitdə baş verməsi hələlik dəqiqləşməyib.
Faktla bağlı araşdırma aparılır.
Kaynak: milli.az